Müəlliflər üçün

Məqalələrə dair ümumi tələblər

“Azərbaycan Tarixşünaslığı (Elmi əsərlər)” jurnalında orijinal elmi tədqiqatların nəticələrini özündə ehtiva edən, elmi yeniliyi, mühüm elmi və təcrübi əhəmiyyəti olan məqalələr çap edilir.

Materiallar (məqalə, resenziya və s.) Azərbaycan, rus və ingilis dillərində çap şəkildə, elektron daşıyıcıda və ya e-mail
(azerbaijanhistrorography@gmail.com) vasitəsi ilə təqdim edilə bilər.

Məqalə elmi (ali təhsil) müəssisənin müvafiq şöbəsində (kafedrasında) müzakirə edilərək müsbət rəy aldıqdan sonra Tarix və Etnologiya İnstitununun Elmi şurasına təqdim olunmalıdır. Yalnız Tarix və Etnologiya İnstitunun Elmi şurasından keçmiş məqaələr çapa uyğun hesab edilir.
Məqalələr Microsoft Office Word mətn redaktoru proqramında hazırlanmalıA4 formatında 8-12 səhifə (şəkillər, cədvəllər, qrafiklər, əlavələr, ədəbiyyat siyahısı, xülasələr daxil olmaqla) həcmində olmalıdır. Məqalənin mətni Times New Roman şrifti ilə 12 punto ölçüsündə 1,15 intervalı ilə tərtib olunmalıdır.

Məqalənin strukturu

Məqalənin strukturu ilə aşağıdakı linkdən nümunəni yükləyərək tanış ola bilərsiniz
Yükləmə linki